Vergi orqanı hansı yerlərdə postlar qura bilər?

Vergi orqanı hansı yerlərdə postlar qura bilər?

Satışına START verilən “Vergi Qanunvericiliyi Toplusu 2022” kitabından seçmə

Vergi Məcəlləsinin 23-cü, “Vergi ödəyicisinin hüquqları” maddəsinə də əlavələr edilib. Belə ki, əlavə olunan 23.1.3-1-ci maddəsinə əsasən, malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdansatışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda nəzarət postlarının qurulmasını və bu obyektlərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının alınması səlahiyyətlərini həyata keçirmək vergi ödəyicisinin hüquqlarına aid edilib.

Mİsal 1. Vergi orqanı tikinti materiallarının satışı həyata keçirilən Dərnəgül taxta bazarının qarşısına post qoymaqla Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının ala bilər.

Mİsal 2. Vergi orqanı kənd təsərüfatı məhsullarının satışını həyata keçirən yarmarka və ya bazarların qarşısında post qurmaqla həmin şəxslərdən də malların sənədlərini tələb etmək hüququna malikdir.

Həmkarlarımız bir məsələni nəzərə alsınlar ki, vergi orqanının iri həcmli marketlərin qarşısında postlar qurması qanunvericilikdə qeyd edilməyib. Yəni, vergi orqanı geniş şəbəkəyə malik olan “Əla” supermarket anbarının qarşısında post quraraq, şirkətlərdən daxil olan mallar üzrə sənədlərin yoxlamasını həyata keçirməyəcək. Vergi Məcəlləsinin 23.1.3-1-ci maddəsində qeyd edilən postların aşağıdakı obyektlərdə qurulması planlaşdırılır:

  • malların topdansatışı ilə məşğul olan ticarət obyektlərində;
  • kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan ticarət obyektlərində;
  • bazarlarda

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər