“Alış aktları” anlayışı niyə maliyyə sanksiyasının əhatə dairəsindən çıxarıldı?
Satışına START verilən "Vergi Qanunvericiliyi Toplusu 2022" kitabından seçmə
Vergi Məcəlləsinin 58.8-ci maddəsinin birinci hissəsindən “alış aktları və ya” sözləri çıxarılıb. İlkin olaraq, Vergi Məcəlləsinin 58.8-ci maddəsininin 1 yanvar 2022-ci ilədək qüvvədə olan redaksiyasını nəzərdən keçirək: “Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda müvafiq maliyyə sanksiyası tətbiq edilir.”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli, 243 nömrəli Qərarı ilə “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi” Qaydaları təsdiq edilib. Həmin qaydalara və Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktını tərtib edir. Bunda əlavə, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
Həmkarlarımızda sual yarana bilər ki, niyə Vergi Məcəlləsinin 58.8-ci maddəsindən “alış aktları” məfhumu çıxarılıb, amma “əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı” ifadəsi saxlanılıb? Fikrimizcə, alış aktlarının elektron formada hazırlanan forması – “elektron alış aktı” olsa da, “əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı”nı əvəz edən elektron sənəd olmadığı üçün maddədə saxlanılması məqsədəuyğun hesab edilib.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın