İdxal olunmuş mallarla bağlı hansı YENİ operativ vergi nəzarəti tədbirləri nəzərdə tutulub?

İdxal olunmuş mallarla bağlı hansı YENİ operativ vergi nəzarəti tədbirləri nəzərdə tutulub?

Satışına start verilən “Vergi Qanunvericiliyi Toplusu 2022” kitabından seçmə

1 yanvar 2022-ci ildən operativ vergi nəzarəti tədbirlərinə idxala nəzarətlə bağlı tədbirlər daxil edilib. Vergi Məcəlləsinin 50.1.13-1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi də operativ vergi nəzarəti hallarına aid edilib.

Öncəki səhifələrdə bildirdik ki, dövlət və neft-qaz şirkətləri üzrə istisnalar nəzərə alınmaqla idxalla məşğul olan vergi ödəyiciləri malları idxal etməmişdən öncə vergi orqanına məlumat forması göndərməlidir.  Maddənin tələblərinə əsasən, mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer, mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri və mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumat formasını vergi orqanına təqdim etməlidirlər.

Vergi Məcəlləsinin  23.1.3-2-ci maddəsində qeyd olunur ki, vergi orqanıın hüquqlarına Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini müvafiq  protokolla rəsmiləşdirmək əlavə olunub.

Göründüyü kimi, vergi orqanının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi məqsədilə operativ vergi nəzarət tədbirləri keçirilməsinin hüququ bazası formalaşdırılıb. Maraqlıdır ki, vergi orqanı baxış zamanı hər hansı uyğunsuzluq aşkar edərsə, hansı maliyyə sanksiyası tətbiq olunacaq?

Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən, idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

Maliyyə sanksiyasının tətbiq edilməsi hallarını növbəti səhifələrdə misallarla izah etdiyimizdən, bu bölmədə təkrarçılığa yol vermirik.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər