Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin tətbiqində MƏQSƏD
Satışına START verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
…
Vergi Məcəlləsinin 71-3.2-ci maddəsinə əsasən, elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir.
Həmçinin, Vergi Məcəlləsində son dəyişiklikləri nəzərdə tutan qanunun keçid müddəasında qeyd edilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası ilə eyni gündə qüvvəyə minir.
Təbii ki, elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi ilə bağlı əksər suallara Nazirlər Kabinetinin təsdiq edəcəyi qaydalarla tanış olduqdan sonra aydınlıq gələcək. Qaydalar təsdiq olunanadək elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin tətbiqi ilə bağlı fikrimizi bölüşmək istəyirik.
İlk olaraq elektron əmtəə-nəqliyyat qaiməsinin tətbiqi ilə bağlı bildirək ki, sənədin tərtibi zərurəti nəqliyyat vasitələri ilə daşınan mallara nəzarətin gücləndirilməsindən doğur. Təcrübədə rast gəlinir ki, vergi ödəyicisi kənd təsərrüfatı məhsullarını “Malların alış aktları” ilə alaraq bazarlarda satışını təşkil edir. Sonradan alış aktlarını ləğv etməklə, malların təqdim edilməsi haqqında məlumatları vergi orqanına bəyan etmir. “Malların alış aktları” sadəcə malların nəqliyyat vasitəsilə daşınması zamanı müvəqqəti istifadə edilən sənəd deyil.
Sonuncu dəyişiklikdən sonra bütün əmtəə təyinatlı yüklər haqqında məlumatlar vergi orqanının elektron bazasına daxil ediliyi üçün, ilkin uçot sənədlərini ləğv etmək mümkün olmayacaq. Bu səbəbdən də, Vergi Məcəlləsinə əlavə edilən 23.1.3-1-ci maddəsinə əsasən, vergi orqanının vəzifələrinə malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda nəzarət postlarının qurulmasını və bu obyektlərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının alınması səlahiyyətlərini həyata keçirmək qoyulub.
Digər nümunə kimi vətəndaşlar tərəfindən toplanan metal qırıntılarının müvafiq vergi ödəyicilərinə təhvili prosesini göstərmək olar.
Yük avtonəqliyyatı üçün elektron yol vərəqəsinə gəlincə isə, burada bir məqsəd də vergi ödəyicisinin mülkiyyətində olan nəqliyyat vasitəsinin benzin, sürtgü yağları və s. xərclərini düzgün müəyyənləşdirməkdir. Misal üçün, vergi orqanı vergi nəzarəti tədbirləri nəticəsində nəqliyyat vasitəsinin xərclərinin müəyyənləşdirməkdə müəyyən çətinliklərlə rastlaşır. Yeni dəyişiklikdən sonra vergi orqanı həmin xərcləri bazaya daxil edilən yük avtonəqliyyatı üçün elektron yol vərəqəsindən müəyyən edəcək. Vergi ödəyicisinin mallarının onun mülkiyyətində olmayan nəqliyyat vasitələri tərəfindən daşınması halında, yük avtonəqliyyatı üçün elektron yol vərəqinin malları təqdim edən şəxs yox, daşıyıcısı şəxs tərəfindən tərtib edilməsi daha doğru olardı.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın