Təhməz Qaçayevin təqdimatında: Ticarət əlavəsindən ƏDV-nin hesablanması
Ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması üçün qanunvericilikdə müəyyən güzəştlər nəzərdə tutulur. Vergi Məcəlləsinə son dəyişikliklə bu sahədə yenilik edilmişdir. Mövzu ilə bağlı maraq doğuran məqamlara Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev aydınlıq gətirir.
Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.
Burada əsas şərt kənd təsərrüfatı məhsullarının tərkibinin dəyişdirilmədən, təbiətdə olduğu ilkin formada, emal əməliyyatlarına məruz qalmadan təqdim edilməsidir. Əgər məhsulların kimyəvi tərkibi dəyişdirilərsə və ya məhsul emal əməliyyatına məruz qalarsa, o halda məhsulların təqdim edilməsi ƏDV-yə cəlb olunur.
Misal 1: Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan ƏDV ödəyicisi fındıq istehsal edib və 5.000 manata satıb. Fındıq təbiətdə olduğu ilkin formada təqdim edilib.
Həmin fındıqdan istehsal olunan şokolad isə 10.000 manata təqdim edilib. Göstərilən məbləğlərə ƏDV daxil deyil. ƏDV öhdəliyini müəyyən edək.
Misaldan göründüyü kimi, fındığın təqdim edilməsi ƏDV-dən azad olan əməliyyat hesab edilir. Çünki təqdimetmə zamanı tərkibi dəyişdirilməmiş və təbiətdə olduğu ilkin formada olmuşdur. Fındıqdan şokolad hazırlanmması isə kənd təsərrüfatı məhsulunun kimyəvi tərkibinin dəyişdirilməsi hesab edilir və bu məhsulun təqdim edilməsi ƏDV-yə cəlb olunur. Baxdığımız misalda vergi ödəyicisinin ƏDV öhdəliyi 1.800 manat (10.000x18 % ) olacaqdır.
Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Ona görə də idxal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə və topdan ticarət qaydasında satışı zamanı ƏDV ticarət əlavəsindən tutulur.
Vergi Məcəlləsinə edilmiş digər dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.
Misal 2: Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicisi hesabat dövründə 5.000 manatlıq kənd təsərrüfatı məhsulu idxal etmişdir. İdxal zamanı gömrük orqanları tərəfindən 900 manat (5.000 x18 % ) ƏDV tutulmuşdur. Pərakəndə ticarətçi həmin malı 6.800 manata (1.800 manat ticarət əlavəsi ilə) daxili bazarda təqdim etmişdir. ƏDV öhdəliyini müəyyən edək.
Misaldan göründüyü kimi, pərakəndə ticarətçi məhsula 1.800 manat ticarət əlavəsi tətbiq etmişdir. Bu halda, büdcə qarşısında 324 manat (1800 x 18 % ) ƏDV öhdəliyi yaranır, idxal zamanı gömrük orqanları tərəfindən tutulan 900 manat ƏDV məbləği isə əvəzləşdirilmir. Eyni hal topdansatış fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicilərinə də şamil edilir.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın