“Qara mühasibatlıq” sənədləri əsasında verginin hesablanmasını həyata kecirilə biləcək?

“Qara mühasibatlıq” sənədləri əsasında verginin hesablanmasını həyata kecirilə biləcək?

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə edilən dəyişikliyə əsasən, vergi orqanlarının ödənilməli olan verginin məbləğini  hesablamaq üçün vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar da əlaqəli məlumatlar kimi hesab oluna bilər.

Təcrübədə rast gəlinir ki, vergi orqanı keçirdiyi yoxlamalar zamanı vergi ödəyicisinin real dövriyyəsinə aid “qara mühasibatlığı” aşkar edir. Həmin dövriyyə üzrə verginin müəyyənləşdirilməsinə əsas verən bloknotlardakı qeydlər və ya hər hansı mühasibatlıq proqram təminatında aparılan əməliyyatlar olur. Əvvəllər vergi ödəyicisi vergi borcu ilə razılaşmadıqda vergi orqanı məhkəməyə “qara mühasibatlıq” sənədləri əsasında verginin hesablanmasını təklif edirdi ki, bu da mübahisələr yaradırdı. Məhkəmə orqanının əsaslandırması isə ondan ibarət olurdu ki, həmin sənədlər üzrə əlaqəli vergilərin hesablanması üçün hüquqi baza yoxdur. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əlavənin edilməsi məhz qeyd olunan hüquqi bazanın formalaşmasına xidmət edir.

Mİsal 1. Vergi orqanı keçirdiyi səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gündəlik satış göstəricilərini qeyd etdiyi dəftərçəni sübut kimi əldə edib. Həmin dəftərçəyə əsasən, vergi ödəyicisi yoxlama dövründə 220 000 manatlıq satış edib, bu da rəsmi satış göstəricisindən 4 dəfə çoxdur. Bu halda vergi orqanı həmin dövriyyəni əlaqəli məlumat kimi istifadə etməklə, vergi ödəyicisinin ödəməli olduğu vergiləri hesablamaq hüququna malikdir.

Mİsal 2. Vergi ödəyicisi qara mühasibatlığı idarə etmək üçün 1C (8.3) proqram təminatında xüsusi hesab yaradıb. Vergi orqanının keçirdiyi yoxlama zamanı qara mühasibatlığın idarə olunması ilə bağlı yaradılan proqram təminatının bazası əldə edilib. Bu halda vergi orqanı əlaqəli məlumat olaraq 1C (8.3) proqram təminatının göstəricilərindən istifadə etməklə vergi hesablamaq hüququna malik olacaq.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər