Aytən Abdıyevanın təqdimatında: Əsas vəsaitlərin yenidən qiymətləndirməsi
Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı müəyyən suallar yaranır. Mövzunu mühasib Aytən Abdıyeva şərh edir.
Əsas vəsaitlər ilk dəfə müəssisəyə daxil olduqda onlar ilkin dəyər ilə qiymətləndirilir. Lakin sonra müəssisə öz uçot siyasətində dəyişiklik edib, yenidən qiymətləndirmə metodunu seçə bilər.
Əgər müəssisə əsas vəsaitlərinin hamısını və ya hər hansı bir sinfini yenidən qiymətləndirmə metodu ilə qiymətləndirirsə, bu zaman həmin əsas vəsaitlərin dəyərinə hər il yenidən baxılmalıdır. Bundan başqa, əgər müəssisənin balansında bir neçə bina varsa, müəssisə hansısa bir binanı yenidən qiymətləndirə bilməz, bütün binalar sinfinə aid olan əsas vəsaitlər yenidən qiymətləndirilməlidir. Əmlakın yenidən qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna əsasən həyata keçirilir. Ancaq vergi ödəyicisi kimi fərqlər mövcuddur.
Vergi Məcəlləsinin 114.6 maddəsinə əsasən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.
Məcəllənin 202-ci maddəsində göstərilib ki, müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi zamanı müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.
Misal: “XX” MMC-nin ofis binasının dəyəri 200.000 manatdır. Amortizasiyadan sonra bu, 180.000 manat olub. Sonradan ofisi yenidən 1 milyon manat dəyərində qiymətləndiriblər. Bu zaman müxabirləşməni necə etməli? Bu halda amortizasiya artacaqmı?
Bu halda əvvəl yığılmış amortizasiya hesabı bağlanır. Yığılmış amortizasiya satış; silinmə; yenidən qiymətləndirilmə anında bağlanır.
112-111 20.000 (Y.Amortizasiya-Bina)
111-331 820.000 (Bina-Yenidən qiymətləndirmə ehtiyat)
Bundan sonra amortizasiya yeni dəyərlə, yəni 1 milyon manat hesablanacaq.
Bəzən yenidən qiymətləndirməni gəlir kimi tanıyırlar, amma o gəlir deyil, ehtiyat hesabıdır.
Mənfəət kimi görmək üçün Other İncome (Məcmu gəlir haqqında hesabat) hazırlanmalıdır. Şirkət rəhbərinin tələbindən asılı olaraq yenidən qiymətləndirilmə üzrə ehtiyatı bölüşdürülməmiş mənfəətə aid etmək olar. Ancaq vergi ödənişi baxımından bu, nə gəlir, nə də xərcdir.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
2) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
3) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
10 yanvar 2022-ci il tarixdən satışda olacaq Nəşrlərimiz
4) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
5) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
6) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 40(35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın