Analıq məzuniyyəti necə hesablanır və gəlir vergisinə cəlb edilir?
Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə
İndi isə hamiləliyə və doğuşa görə verilən məzuniyyət haqlarının hesablanılması və gəlir vergisinə cəlb edilməsi qaydasını nəzərdən keçirək. Əmək Məcəlləsinin “Hamiləliyə və doğuşa görə məzuniyyətlər” adlı 125-ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli,189 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən, analıq məzuniyyəti hesablanması zamanı işçinin məzuniyyətə çıxdığı dövrdən əvvəlki son 12 aydakı cəmi əmək haqqı 12 ayda olan iş günlərinin sayına bölünür, bir iş gününə düşən qazanc tapılır. Qazancın məbləği məzuniyyət dövründəki iş günlərin sayına vurulur. Hamiləliyə görə müavinət tam olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.
Mİsal. Gülnaz Həsənova 2 aprel 2020-ci ildən hamiləliyə görə məzuniyyətə çıxıb. İşçinin aprel 2019 - mart 2020-ci il (12 ay) müddətində əmək haqqı 2640 manat olub. Şərti olaraq hesab edək ki, 12 ayda iş günlərinin cəmi sayı 248 günə bərabərdir. İşçi təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən, 6 avqust 2020-ci il tarixində işə çıxmalıdır.
Bu zaman işçiyə analıq məzuniyyəti belə hesablanılır. Əvvəlki 12 aydakı cəmi əmək haqqı (2 640 manat) 12 ayda olan iş günlərinin sayına (248) bölünür, bir iş gününə düşən qazanc tapılır: 2 640 manat / 248 iş günü = 10,65 manat. Sonra müəyyənləşdirmək lazımdır ki, 2 aprel 2020-ci il tarixindən 06 avqust 2020-ci il tarixinə kimi neçə iş günü var. Tutaq ki, bu müddətdə 85 iş günü var. Bu halda cəmi analıq məzuniyyəti, gündəlik qazancın (10,65 manat) 85 iş gününə vurulması yolu ilə tapılır: 10,65 manat x 85 iş günü = 905,25 manat.
Deməli, işçiyə analıq məzuniyyətinə (hamiləliyə və doğuşa) görə 905,25 manat düşür.
Protokol və müavinət komissiyası yaradılması haqqında əmrin nümünəvi forması sonuncu bölmədə yerləşdirilib.
İcbari ödənişlərə gəlincə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən analıq məzuniyyət gəlir vergisinə cəlb edilmir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” AR Qanununa əsasən isə, analıq məzuniyyətinə məcburi dövlət sığorta haqqı və işsizlikdən sığorta hesablanmır.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45 (40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya