ƏLA DÜZƏLİŞ! Vergi məbləğinin 2,5 dəfə artırılması bəndi layihədən çıxarıldı
Vergi Məcəlləsinə dəyişikliklər layihəsinə son dəqiqləşdirilmə edildi
Xəbər verdiyimiz kimi, 1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində dəyişikliklər nəzərdə tutan qanun layihəsi Milli Məclisdə III oxunuşdadır. Qanun layihəsi ilə bağlı parlament müzakirələrində bəzi təklif səsləndirilib, bu barədə həmkarlarımıza kifayət məlumat vermişik.
Mks.az saytıın əldə etdiyi məlumat əsasən, Milli Məclisə təqdim edilən dəyişikliklər üzərində son düzəlişlər həyata keçirilib. İlk oxunuşda təklif edilən dəyişiklik Vergi Məcəlləsinin 101.6-ci maddəsi ilə bağlı idi. Qeyd edək ki,, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsində təklif edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə qeyd edilən faizin dərəcəsi 5 faizə qədər artırılması nəzərdə tutulur.
Sevindirici haldır ki, layihənin son variantında Vergi Məcəlləsinin 101.6-cı maddəsinə təklif edilən düzəlişə ehtiyac duyulmayıb. Bu səbəbdən də, təklif edilən layihə təsdiqləndikdən sonra, Vergi Məcəlləsinin 101.6-cı maddəsində nəzərdə tutulan 2 faizlik ödəmə mənbəyindən vergi eyni olaraq saxlanılacaq.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45 (40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya