Dilqəm Göyüşovun təqdimatında: Kameral vergi yoxlaması

Dilqəm Göyüşovun təqdimatında: Kameral vergi yoxlaması

Bəzən vergi ödəyicilərinin kameral vergi yoxlamalarının müddətləri ilə bağlı sualları yaranır. Vergi mütəxəssisi Dilqəm Göyüşov kameral vergi yoxlamasının keçirilməsi vaxtı barədə diqqət yetirilməli bəzi məqamları açıqlayıb:

Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində isə göstərilib ki, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş (diqqət edin, kameral uyğunsuzluq məktubu yox, məhz bildiriş) göndərir.

Vergi Məcəlləsinin 72-ci maddəsi isə vergi bəyannamələrinin (o cümlədən dəqiqləşdirilmiş bəyannamələrin) tərtib və təqdim edilməsi qaydalarını tənzimləyir. Məcəllənin 37.2-ci maddəsinin diqqət yetirilməli əsas məqamı bu maddənin ikinci cümləsidir. Həmin cümləni bir daha və diqqətlə nəzərdə keçirək:

Vergi Məcəlləsinin 37.2-ci maddəsinin 2-ci cümləsində qeyd edilib ki, bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Yəni, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş 30 iş günü keçdikdən sonra verilmiş cari bəyannamələr və bildiriş üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamələr üzrə yenidən kameral yoxlama keçirilə bilməz.

Burada daha bir diqqət olunmalı məqam vardır. Vergi ödəyicisi təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamənin “Ümumi məlumat” bölməsində vergi orqanı tərəfindən kənarlaşmanın aşkar edilməsi barədə göndərilmiş bildirişin nömrəsini qeyd etməlidir. Əks halda vergi orqanı dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən 30 iş günü müddətində kameral vergi yoxlaması keçirmək hüququnu bərpa etmiş olur.

Mənbə: Vergiler.az

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər