İşçinin əmək məzuniyyətinin hesablanması və icbari ödənişlərə cəlb olunması necə həyata keçirilir?

İşçinin əmək məzuniyyətinin hesablanması və icbari ödənişlərə cəlb olunması necə həyata keçirilir?

Satışı yekunlaşmaqda olan “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Əmək qanunvericiliyinin tələblərinə görə, əmək məzuniyyətinin hesablanması son 12 ayda əmək haqqı və ona əlavələrin toplanması nəticəsində alınan cəmi məbləğin əvvəlcə 12-yə, daha sonra isə 30,4-ə bölünərək, alınan rəqəmin məzuniyyət günlərinin sayına vurulması yolu ilə həyata keçirlir.

Əmək məzuniyyəti hesablandıqdan sonra aylar üzrə hesablanmış məbləğ əmək haqqının üzərinə əlavə olunaraq icbari ödənişlərə cəlb edilir.

Mİsal. İşçinin son 12 ayda işçinin əmək haqqı və ona əlavələr aşağıdakı kimi olub:

  1. Fevral 2020 - 200 manat;
  2. Mart 2020 - 200 manat;
  3. Aprel 2020 - 300 manat (200 manat əmək haqqı + 100 manat bonus)
  4. May 2020 - 200 manat;
  5. İyun 2020 - 200 manat;
  6. İyul 2020- 200 manat;
  7. Avqust 2020 - 200 manat;
  8. Sentyabr 2020- 200 manat;
  9. Oktyabr 202- 200 manat;
  10. Noyabr 2020 - 250 manat (200 manat əmək haqqı + 50 manat bonus);
  11. Dekabr 2020– 200 manat;
  12. Yanvar 2020- 200 manat;

 CƏMİ: 2 550 manat.

Hesab edək ki, işçi 10 fevral 2019-cu il tarixdə ərizə yazıb ki, 20 fevral 2019-cu il tarixdən 14 günlük məzuniyyət hüququndan istifadə etmək istəyir.

Öncə 1 aya düşən məbləği tapırıq: 2550 manat / 12 = 212,50 manat.

Sonra 1 günə düşən məbləği müəyyənləşdiririk: 212,50 manat / 30,4 = 6,99 manat.

Məzuniyyət günlərinin sayına hesablanan məbləği tapırıq: 14 gün x 6.99 manat = 97,86 manat. 

İşçinin əmək haqqı 200 manatdır və işçinin məzuniyyəti fevral ayının 20-dən başladığı üçün, fevral ayında 9 gün, mart ayında isə 5 gün məzuniyyət hüququndan istifadə edəcək.

Fevral ayında 19 iş günü olmasına baxmarayaq, işçi məziniyyətlə bağlı olaraq 12 iş günü işlədiyindən əmək haqqı 126.31 manat (200 manat x 12 gün / 19 gün) hesablanacaq. Fevral ayına düşən 9 iş günü üçün məzuniyyət haqqı isə 62,91 manat (6.99 manat x 9 gün) təşkil edəcək.

Deməli, işçinin fevral ayı üzrə əmək haqqı fondu 189.22 manat (126.31 manat əmək haqqı + 62.91 manat məzuniyyət haqqı) olacaq. Eyni hesablama mart ayı üzrə də müvafiq formada həyata keçiriləcək. Vergi və sosial hesabatlarda aylar üzrə məbləğlər bu cür hesablamaların nəticəsi üzrə əks olunacaq.

Bir məsələni də qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər