Anar Bayramovun təqdimatında: ƏDV ödəyicisi olmayan vergi ödəyicisi əvvəlki tarixə ƏDV ödəyicisi olmaq hüququ

Anar Bayramovun təqdimatında: ƏDV ödəyicisi olmayan vergi ödəyicisi əvvəlki tarixə ƏDV ödəyicisi olmaq hüququ

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər istisna olmaqla, digər ƏDV ödəyicisi olmayan vergi ödəyiciləri əvvəlki 3 il ərzində istənilən vaxt ƏDV qeydiyyatına düşə bilər. İqtisadçı ekspert Anar Bayramov mövzunu “vergiler.az” saytına şərh edərək bildirib ki, bu zaman bəzi vacib məqamlar gözlənilməlidir.

Burada birinci məqam ondan ibarətdir ki, müddət 3 ildən çox olmayan dövrü əhatə etməlidir. Yəni, vergi ödəyicisi 3 ay və ya 6 ay, 1 il və ya 2 il və s. müddət üçün qeydiyyata alına bilər. Bu zaman vergi ödəyicisi qeydiyyatı qüvvəyə mindiyi tarixdən vergiyə cəlb olunan əməliyyatlar üzrə ƏDV ödəməlidir.

İkinci məqam - Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir.

Üçüncü məqam - vergi ödəyicisi öncəki dövrlər üçün əvəzləşdirmə həyata keçirməsi üçün, ödənişləri Vergi Məcəlləsinin əvəzləşdirilmə qaydalarına uyğun həyata keçirməlidir. Yəni, mal və (və ya) iş (xidmətin) dəyərini bank hesabından ƏDV ödəyicisi olan vergi ödəyicisinin bank hesabına ödəməlidir. Həmçinin həmin mal və (və ya) iş xidmətə görə hesablanan ƏDV məbləğini isə qarşı tərəfin ƏDV depozit hesabına ödəməlidir.

Dördüncü məqam - vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün bu maddənin məqsədləri üçün nəzərdə tutulan elektron qaimə-fakturaları təqdim etmək hüququna malikdir.

Misal: Sadələşdirilmiş vergi ödəyicisi 6 ay öncəki dövr üçün ƏDV qeydiyyatına alınmaqla bağlı müraciət edir. Fərz edək ki, vergi ödəyicisinin həmin dövr üzrə 50 000 manat dövriyyəsi olub. Bu zaman vergi ödəyicisi qarşı tərəflərə həmin dövriyyə üzrə elektron qaimə-faktura təqdim edəcəyindən, dövriyyənin tərkibinə ƏDV məbləğini də daxil etməlidir. Yəni, vergi ödəyisi elektron qaimə-fakturada malın dəyərini 50 000 manat yox, 42 372,88 manat qeyd edəcək. Çünki malın dəyərinə 7627.12 ƏDV (50 000 manat (dövriyyə) – 42 372,88 manat (malın ƏDV-siz dəyəri)) hesablamalıdır. Dövriyyədən ƏDV-siz malın dəyərini hesablamaq üçün ümumi dövriyyəni 1,18-ə bölmək lazımdır. Misalımızda dövriyyə 50000 manat olduğu üçün malın dəyəri də 42 372,88 (50 000 manat (dövriyyə)/1.18) manat təşkil edəcək. Təbii ki, dövriyyədən malın dəyərini çıxmaqla və ya malın dəyərini 18 faizə vurmaqla hesablanmış ƏDV məbləğini tapmaq mümkündür.

Vergi ödəyicisinin əvvəlki 6 aylıq dövriyyə üzrə dəqiqləşdirilmiş bəyannamə verməsinə ehtiyac yoxdur, elə birinci bəyannamədə əvvəlki 6 aya düşən ƏDV-siz dövriyyəni 42 372,88 manat qeyd etməsi yetərlidir. Bu halda əməliyyat həmin ay ərzində baş vermiş hesab olunur.

Mənbə: Vergiler.az

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər