Vergi ödəyicisi vətəndaşla xidmət müqaviləsi bağladıqda vergi öhdəliyini həmin şəxsin üzərinə qoya bilər?

Vergi ödəyicisi vətəndaşla xidmət müqaviləsi bağladıqda vergi öhdəliyini həmin şəxsin üzərinə qoya bilər?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 150.1.1 və 150.1.2-ci maddələrinə əsasən, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən vergi ödəyiciləri ödəmə mənbəyində vergi tutmalıdılar. Gəliri əldə edən işçi olsa da, verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə vergi ödəyicisi məsuliyyət daşıyır.

Mİsal 2.  Vergi ödəyicisi vətəndaşla dəyəri 400 manat olan xidmət  müqaviləsi bağlayır. Vergi ödəyicisi müqavilədə qeyd edir ki, həmin gəlirə görə yaranmış vergi öhdəliyinin həyata keçirilməsi vətəndaşın vəzifələrinə aid edilir. Vergi ödəyicisinin müqavilədə bu cür bəndi qeyd etməsi vergi qanunvericiliyinə ziddir.

Çünki Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergi tutmağa borcludur.

Həmçinin, Vergi Məcəlləsinin 92-ci maddəsinə əsasən, ödəmə mənbəyində verginin tutulmamasına və ya büdcəyə köçürülməməsinə görə məsuliyyət ödəməni həyata keçirən şəxsin üzərinə qoyulur. 

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər