Xidmət müqaviləsi ilə çalışan vətəndaşa 200 manatlıq güzəşt tətbiq olunur?
Satışı yekunlaşmaqda “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat məbləğində, illik gəliri 30 000 manatadək olduqda 2 400 manat məbləğində gəlir vergisindən azaddır.
Mİsal.“A” MMC təmir xidməti üçün 500 manatlıq ödəniş hesablayıb. Vergi ödəyicisi ödəmə mənbəyində 14 faiz vergi hesablayarkən, həmin məbləğə Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə uyğun olaraq, güzəşt tətbiq edə bilməz. Çünki 102.1.6-cı maddənin güzəşti sırf əmək fəaliyyəti ilə bağlı əsas iş yerində çalışanlara şamil olunur.
Bundan əlavə, Vergi Məcəlləsinin 102.2, 102.3, 102.4 və 102.5-ci maddələri ilə müəyyən edilən xüsusi kateqoriyalar (məcburi köçkün, müharibə veteranı, I və II qrup əlil və s.) üçün güzəştlər də xidmət müqaviləsi zamanı nəzərə alınmır.
Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”
Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!
Tarix: 04 dekabr 2021-ci il, saat 15:00
Təlimin keçirilmə yeri: Caspian Plaza
Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya