Nağdsız qaydada əməliyyat üzrə limit məbləğinə düzəliş edilir? (2-ci yazı)
“Nağdsız hesablaşmalar haqqında” AR Qanununa təklif edilən dəyişikliklərə hansı düzəlişlər oldu...
Xəbər verdiyimiz kimi, 1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Mks.az saytı həmin dəyişikliklər haqqında həmkarlarımıza ətraflı məlumat verib. İndi isə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna olacaq düzəliş haqqında məlumat verməyə istərdik.
“Nağdsız hesablaşmalar haqqında” AR Qanununa təklif edilən dəyişikliyə əsasən, Pərakəndə satış qaydasında fəaliyyət göstərən vergi ödəyiciləri yeni tələb müəyyənləşdirilib. Təklif edilən dəyişikliyə əsasən, pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulurdu.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında iştirakı ilə keçirilən müzakirələrdə bildirib ki, pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manat yox, dörd min manatdan artıq olan ödənişlər nağdsız qaydada həyata keçirilməsi planlaşdırılır.
Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”
Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!
Tarix: 04 dekabr 2021-ci il, saat 15:00
Təlimin keçirilmə yeri: Caspian Plaza
Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya