Teymur Tuncayın təqdimatında: Avtonəqliyyat vasitələri ilə daşımalar üzrə ƏDV-nin əvəzləşdirilməsi
"Good Finance" MMC-nin vergi məsləhətçisi Teymur İslamlı bildirib ki, Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, bu cür daşımanı həyata keçirən şəxslər avtonəqliyyat vasitələrinə “Fərqlənmə nişanı” almaqla fəaliyyət göstərirlər. Bununla yanaşı, avtonəqliyyat vasitələri ilə daşıma xidmətləri üzrə ƏDV-nin əvəzləşdirilməsi xüsusi şərtlər daxilində mümkündür.
Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə görə, Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.
"Good Finance" MMC-nin vergi məsləhətçisi Teymur İslamlı bildirib ki, Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, bu cür daşımanı həyata keçirən şəxslər avtonəqliyyat vasitələrinə “Fərqlənmə nişanı” almaqla fəaliyyət göstərirlər. Bununla yanaşı, avtonəqliyyat vasitələri ilə daşıma xidmətləri üzrə ƏDV-nin əvəzləşdirilməsi xüsusi şərtlər daxilində mümkündür.
Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələri ilə ölkədaxili yük və sərnişin daşıması ilə məşğul olan, aşağıdakı tələblərə cavab verən şəxslər könüllü ƏDV qeydiyyatı üçün ərizə vermək hüququndan istifadə edə bilərlər:
- göstərilən xidmətlərin və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;
- digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə olunması üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;
- göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu mərkəzləşdirilmiş vahid elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən şəxslər.
Qeyd olunan tələblərə cavab verən şəxslər yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmağa dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edirlə və onların ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.
Göründüyü kimi, avtonəqliyyat vasitələri ilə ölkə daxilində daşımalar həyata keçirən şəxslərin fəaliyyəti Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tələblərinə cavab vermədikdə, onların ƏDV tətbiq etməklə əməliyyatlar aparmaq hüququ yoxdur. Qeyd olunan xidmətlərin alışını həyata keçirən şəxslərin həmin əməliyyatlar üzrə apardıqları ƏDV əvəzləşdirmələri vergi orqanı tərəfindən tanınmaya bilər.
Mövzu ilə bağlı digər vacib məqam odur ki, Vergi Məcəlləsinin 171-ci maddəsinə uyğun olaraq, daşıma xidməti malların göndərilməsinin (işlərin görülməsinin, xidmətlərin göstərilməsinin) bir hissəsi olduqda, bu zaman təqdim edən tərəfin ƏDV tətbiq etmək, alışı həyata keçirən şəxsin isə ƏDV-ni əvəzləşdirmək hüququ vardır.
Beləliklə, avtonəqliyyat vasitələri ilə daşımalar üzrə xidmət göstərən şəxs Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tələblərinə cavab verdikdə və ya daşıma 171-ci maddəyə uyğun olaraq malların (işlərin, xidmətlərin) göndərilməsinin bir hissəsi olduqda qarşı tərəfin ƏDV-ni əvəzləşdirmək hüququ vardır, digər hallarda isə ƏDV əvəzləşdirilmir.
vergiler.az
Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”
Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!
Tarix: 04 dekabr 2021-ci il, saat 15:00
Təlimin keçirilmə yeri: Caspian Plaza
Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya