Anar Bayramovun təqdimatında: Elektron qaimə-fakturanın təsdiqlənməsi müddəti

Anar Bayramovun təqdimatında: Elektron qaimə-fakturanın təsdiqlənməsi müddəti

Təqdim olunan elektron qaimə-fakturanın təsdiqlənməsi prosesi ilə bağlı müəyyən vaxt məhdudiyyəti tətbiq edilir. İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi ödəyicisi göndərilən elektron qaimə-fakturanı qəbul etdikdən sonra onu təsdiq etmək səlahiyyətinə malikdir.

Əgər elektron qaimə-fakturanı qəbul edən vergi ödəyicisi 5 gün ərzində onu təsdiq etməzsə, həmin e-qaimə-faktura proqram təminatı tərəfindən avtomatik təsdiqlənir.

Misal 1: Vergi ödəyicisi 1 may 2020-cu il tarixdə malların satışı ilə bağlı qarşı tərəfə elektron qaimə-faktura göndərib. Əgər qarşı tərəf 5 gün ərzində elektron qaimə-fakturanı təsdiq etməzsə, 5 may 2020-ci il tarixdə həmin elektron qaimə-faktura təsdiqlənmiş hesab olunacaq.

Burada bir məqama diqqət yetirmək lazımdır: əgər, mizsal üçün , “AA” MMC elektron qaimə-fakturanın tərtibi zamanı səhvə yol veribsə, vergi ödəyicisi onu düzəlişə göndərə bilər.

Misal 2: “AA” MMC-nin təqdim etdiyi elektron qaimə-fakturada 10 ədəd kitab qeyd edilib, amma “SS” MMC-yə 6 ədəd kitab təhvil verilib. Bu zaman “SS” MMC elektron qaimə-fakturanı qəbul etməyib, səbəbi göstərməklə sənədi geri göndərib. “AA” MMC səbəblə tanış olduqdan sonra müvafiq düzəliş edərək elektron qaimə-fakturanı yenidən göndərə bilər. Əgər yenidən göndərməsə, həmin elektron qaimə-faktura ləğv olunmuş hesab edilir.

“SS” MMC təsdiqlə bağlı 5 günlük müddəti ötürübsə, yəni sənəd avtomatik təsdiq olunubsa və ya sənəd alıcının səhvi ucbatından yoxlanılmadan təsdiqlənibsə, o zaman tərəflərin hər hansı düzəliş etmək hüququ yoxdur. Bu halda “SS” MMC elektron qaimə-fakturanı ləğv etmək xahişi ilə “AA” MMC-yə müraciət etməlidir ki, vergi ödəyicisi elektron qaimə-fakturanı ləğv edərək yenisini göndərsin.

Bir məsələni də qeyd edək ki, Nazirlər Kabinetinin qərarında 5 gündən sonra avtomatik təsdiqolunma məsələsi nəzərdə tutulmayıb. Bu müddət vergi orqanının AVİS proqramına verilən texniki tapşırıqda müəyyən edilir.

Mənbə: Vergilər.az

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər