İctimai iaşə müəssisəsi vergi ödəyicisinə xidmət göstərdiyi halda sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirir?
Satışı yekunlaşmaqda olan "Vergi uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə
Vergi Məcəlləsinin 13.2.56-cı maddəsinə və “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasına əsasən, xidmət göstərilən obyektin ərazisində və ya səyyar qaydada istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının alıcıya təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti ictimai iaşə fəaliyəti adlanır.
İctimai iaşə fəaliyyəti ilə bağlı vergi uçotu baxımından diqqət yetiriləsi məqamlar aşağıdakılardır:
...
2) İctimai iaşə müəssisəsi vergi ödəyicisinə xidmət göstərdiyi halda sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirmir. Bəzi vergi ekspertləri hesab edirdilər ki, 1 yanvar 2019-cu ildən Vergi Məcəlləsində edilən dəyişikliklər nəticəsində ictimai iaşə müəssisələri vergi ödəyicilərinə xidmət göstərdiyi halda Vergi Məcəlləsinin 218.5.10-cu maddəsi tətbiq olunmalıdır. Belə ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirirlər. Ancaq bu, doğru deyil.
Fikrimizi misalla izah edək.
Misal. İctimai iaşə müəssisəsi olan “Sahildə” restoranı əsasən əhaliyə ictimai iaşə xidməti göstərir. “S” MMC qərar verir ki, yaranmasının 20 illiyini restoranda qeyd etsin və bu səbəbdən də, “Sahildə” restoranı ilə müqavilə bağlayır. Bu halda ictimai iaşə müəssisəsi vergi ödəyicisinə xidmət göstərməsinə baxmayaraq, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsi tətbiq edilmir.
Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi"
Tarix: 20 noyabr 2021-ci il, saat 11:00
Təlimin keçirilmə yeri: Caspian Plaza
Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya