Vergi ödəyicisinin vergi orqanının rəsmi cavabı əsasında vergi yayınarsa…

Vergi ödəyicisinin vergi orqanının rəsmi cavabı əsasında vergi yayınarsa…

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi ödəyicisinin vergi orqanının rəsmi cavabı əsasında apardığı fəaliyyət zamanı vergidən yayınma müəyyən edildiyi halda, vergi ödəyicisinin həmin vergiləri ödəyib-ödəməməsi də maraqlı məqamlardan biridir.

Mİsal. Vergi ödəyicisi gəlirdən çıxılmasına icazə verilən xərclərlə bağlı vergi orqanına müraciət edib. Vergi orqanının cavabında qeyd edilir ki, həmin xərclərin gəlirdən çıxılmasına vergi qanunvericiliyi icazə verir. Rəsmi cavabın üzərindən 6 ay keçdikdən sonra vergi orqanı həmin vergi ödəyicisində vergi nəzarəti tədbirləri həyata keçirir. Vergi orqanı bildirir ki, qeyd edilən 30 000 manat xərcin gəlirdən çıxılan xərcə aid edilməsinə icazə verilmədiyindən 6000 manat (30 000 manat x 20 faiz (verginin dərəcəsi)) əlavə vergi öhdəliyi yaranıb.

Vergi orqanının rəsmi məktubu olduğu üçün vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq verginin azadılmasına görə 50 faizlik maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki Vergi Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallara aid edilir.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi" 

Tarix: 20 noyabr 2021-ci il, saat 11:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər