Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yoxlamalarda müddət məsələsi necə tənzimlənir?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi Məcəlləsinin 85.4-cü maddəsinin ikinci bazasına əsasən, maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.
Maddədə diqqət yetiriləsi 3 mühüm məqam var.
Birinci məqam. 3 illik müddət anlayışı vergiyə aid edilsə də, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına şamil edilmir. Yəni, vergi orqanı 2020-ci ildə vergi ödəyicisinin 3 ildən çox müddətə olan məcburi dövlət sosial sığorta ilə bağlı əməliyyatlarını yoxlaya bilər.
Mİsal. Vergi ödəyicisi 2012-2014-cü illərdə işçilərin əmək haqqı gəlirləri üzrə məcburi dövlət sosial sığortasının hesablanmasını səhv həyata keçirib. Vergi orqanı 2020-ci il tarixdə həyata keçirdiyi yoxlama zaman 3 ildən daha çox müddət olan 2012-2014-cü illər üzrə əmək haqqı gəlirləri üzrə sənədləri yoxlaya bilər.
İkinci məqam. Vergi baxımından 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir.
Mİsal. Vergi orqanı 2021-ci ilin fevral ayında qərar verib ki, mənfəət (gəlir) vergisi ödəyicisində səyyar vergi yoxlaması həyata keçirsin. 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinin 2020-ci ilin 31 mart tarixinə kimi təqdim olunmasını nəzərə alsaq, o zaman vergi orqanı vergi ödəyicininin 2016, 2017 və 2018-ci illər üzrə mənfəət (gəlir) vergisi bəyannaməsini yoxlamaq hüququna malikdir.
Üçünçü məqam. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.
Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir.
Vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamə üzrə 30 iş günü müddətində əlavə vergi hesablaya bilər. Həmin müddət bitdikdən sonra vergi orqanının kameral vergi yoxlaması həyata keçirmək hüququ olsa da, əlavə verginin hesablanması həyata keçirilmir.
Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi"
Tarix: 13 noyabr 2021-ci il, saat 10:00
Təlimin keçirilmə yeri: Caspian Plaza
Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya