2 İLLİK MÜDDƏT: ƏDV-nin vergitutma obyekti ilə bağlı fərqli yanaşma tətbiq ediləcək? (37-ci yazı)
Hər zaman olduğu kimi, Mks.az saytı Vergi qanunvericiliyinə təklif edilən dəyişikliklərin izahını təqdim edir:
1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Mks.az saytı həmin dəyişikliklər haqqında həmkarlarımıza ətraflı məlumat veririk.
Vergi Məcəlləsində təklif edilən dəyişikliyə əsasən, əlavə dəyər vergisinin vergitutma obyektində fərqli yanaşma tətbiq edlməsi gözlənilir. Vergi Məcəlləsiin 159.1-ci maddəsinin ikinci hissəsinə təklif edilən əlavəyə əsasən, 2022-ci ilin yanvarın 1-dən 2 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.
Təklif edilən dəyişiklikdə diqqət çəkən məqam ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının həm yerli, həm də xarici mənşəli olduğu halda ƏDV ticarət əlavəsindən hesablanması təklif edilir. Bundan əlavə, ticarət əlavəsinin tətbiq edilməsi, pərakəndə satışla yanaşı topdansatışa da tətbiq edilməsi nəzərdə tutulur.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyi də diqqətinizə çatdırırıq:
Maddə 159. Vergitutma obyekti
159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci ilin yanvarın 1-dən 2 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.
Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi"
Tarix: 13 noyabr 2021-ci il, saat 10:00
Təlimin keçirilmə yeri: Caspian Plaza
Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya