Vergi orqanı hansı hallarda İnzibati Xətalar və ya Cinayət Məcəlləsin maddələrini tətbiq edir?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənini izahı” kitabından seçmə
Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi Vergi, İnzibati Xətalar və Cinayət məcəllələri ilə tənzimlənir. Vergi orqanı tərəfindən vergi ödəyicisinə (bəzi istisnalar nəzərə alınmaqla) maliyyə sanksiyası tətbiq edilərsə, o zaman Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad olunur. Əgər vergi orqanı vergi ödəyicisinə inzibati qaydada cərimə tətbiq edirsə, o halda İnzibati Xətalar Məcəlləsinə istinad olunacaq.
Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Mİsal 1. Vergi orqanı kameral vergi yoxlaması zamanı vergi ödəyicisinə 2020-ci ilin 3-cü rübü üzrə vergi bəyannaməsini təqdim etmədiyi üçün 40 manat maliyyə sanksiyası tətbiq etdiyi halda Vergi Məcəlləsinin 58-ci maddəsinə istinad olunacaq.
Mİsal 2. Vergi orqanı vergi nəzarəti tədbirləri çərçivəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu halda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi müəyyən edib. Bu zaman vergi orqanı İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə istinad edəcək.
Mİsal 3. Vergi orqanı səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbirləri nəticəsində 15 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini aşkar edib. Bu halda vergi orqanı Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə istinad edəcək.
Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi"
Tarix: 13 noyabr 2021-ci il, saat 10:00
Təlimin keçirilmə yeri: Caspian Plaza
Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya