NAĞDSIZ TƏLƏBİ! Hansı tip vergi ödəyiciləri mütləq olaraq 10 min manatdan yuxarı ödənişləri nağdsız formada həyata keçirməlidir? (33-cü yazı)
Hər zaman olduğu kimi, Mks.az saytı Vergi qanunvericiliyinə təklif edilən dəyişikliklərin izahını təqdim edir:
1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Mks.az saytı olaraq həmin dəyişikliklər haqqında həmkarlarımıza ətraflı məlumat veririk. Növbəti məlumatımız, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun haqqındadır.
“Nağdsız hesablaşmalar haqqında” AR Qanununa təklif edilən dəyişikliyə əsasən, mebellərin və məişət texnikasının satışını həyata keçirən vergi ödəyiciləri üçün yeni tələb müəyyənləşdirilib. Təklif edilən dəyişikliyə əsasən, mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər yalnız nağdsız formada həyata keçirilməlidir.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dəyişiklikdən seçməni diqqətinizə çatdırırıq:
3.4.12. mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər;
Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi"
Tarix: 13 noyabr 2021-ci il, saat 10:00
Təlimin keçirilmə yeri: Caspian Plaza
Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya