TƏLƏB DƏYİŞİKLİYİ! Vergi ödəyicisinin işçilərin sayı ilə bağlı məhdudiyyət dairəsi genişləndirilir? (32-ci yazı)

TƏLƏB DƏYİŞİKLİYİ! Vergi ödəyicisinin işçilərin sayı ilə bağlı məhdudiyyət dairəsi genişləndirilir? (32-ci yazı)

Hər zaman olduğu kimi, Mks.az saytı Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin izahını təqdim edir:

1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Mks.az saytı həmin dəyişikliklər haqqında həmkarlarımıza ətraflı məlumat verəcək.

 

Vergi Məcəlləsinin 218.5-ci maddəsində sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmayanların siyahısı müəyyənləşdirilib. Həmkarlarımız arasında müzakirələrə səbəb olan məsələlərdən biri də, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərə qoyulan məhdudiyyətdir. Maraqlı məqam ondan ibarətdir ki, konkret hansı dövr üçün 10 nəfər nəzərə alınması və 10 nəfərlik işçi sayının tərkibinə əmək qabiliyyətinin itirən şəxslər də daxil edilib-edilməməsidir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, dövr olaraq rübün nəzərə alınması və faktiki işçilərin orta sayı 10 nəfərdən çox olması nəzərdə tutulur. Təklif edilən dəyişikliyə əsasən, rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər sadələşdirişdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirəcəklər.

 

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyi də diqqətinizə çatdırırıq:

 

218.5.8. rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi" 

Tarix: 13 noyabr 2021-ci il, saat 10:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər