MƏCBURİYYƏT! Pərakəndə satış qaydasında fəaliyyət göstərənlər üçün Nağdsız ödəniş TƏLƏBİ (29-cu yazı)
Hər zaman olduğu kimi, Mks.az saytı Vergi qanunvericiliyinə təklif edilən dəyişikliklərin izahını təqdim edir:
1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Mks.az saytı həmin dəyişikliklər haqqında həmkarlarımıza ətraflı məlumat verəcək. İndi isə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun haqqında məlumat verməyə istərdik.
“Nağdsız hesablaşmalar haqqında” AR Qanununa təklif edilən dəyişikliyə əsasən, Pərakəndə satış qaydasında fəaliyyət göstərən vergi ödəyiciləri yeni tələb müəyyənləşdirilib. Təklif edilən dəyişikliyə əsasən, pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi layihədən seçməni diqqətinizə çatdırırıq:
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
3.4.11. pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər;
Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi"
Tarix: 13 noyabr 2021-ci il, saat 10:00
Təlimin keçirilmə yeri: Caspian Plaza
Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya