NƏZARƏT! Vergi orqanı idxal olunan mallarla bağlı hansı fəaliyyətlər həyata keçirəcək (20-ci yazı)
Hər zaman olduğu kimi, Mks.az saytı Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin izahını təqdim edir:
1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Mks.az saytı həmin dəyişikliklər haqqında həmkarlarımıza ətraflı məlumat verəcək.
Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq formada bəzi məlumatları malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına vermək vəzifəsinin müəyyən edilməsidir.
Bundan əlavə, Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdə qeyd edilir ki, vergi orqanı tərəfindən idxal olunan mallara nəzarət tədbirlərin gücləndirilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinə təklif edilən 23.1.3-2-ci maddəyə əsasən, vergi orqanının vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsinin protokolla rəsmiləşdirmək vəzifəsi qoyula bilər.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyi də diqqətinizə çatdırırıq:
23.1.3-2. Bu Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən protokolla rəsmiləşdirmək;
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya