FƏRQLİ İSTİQAMƏT! Fərdi sahibkarların vergi öhdəliyi ilə bağlı ciddi dəyişiklik (19-cu yazı)
Hər zaman olduğu kimi, Mks.az saytı Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin izahını təqdim edir:
1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Mks.az saytı həmin dəyişikliklər haqqında həmkarlarımıza ətraflı məlumat verəcək.
Hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən, fərdi sahibkarlar əmlak vergisinin bələdiyyə büdcəsinə ödəyirlər və hesabatları da həmin quruma təqdim edirlər. Vergi Məcəlləsinin 201.7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, müəssisələrin və fərdi sahibkarların əmlak vergisi dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur. . Fərdi sahibkarların əmlak vergisinin hesablanmasına gəlincə isə, təklif edilən dəyişikliyə əsasən, müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
Maddələrdən göründüyü kimi, fərdi sahibkarların əmlak vergisinin hesablanması ilə bağlı yanaşma müəssisələrin müvafiq vergisinin hesablanması ilə eynidir.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyi də diqqətinizə çatdırırıq:
198.2. Müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
201.7. Müəssisələrin və fərdi sahibkarların əmlak vergisi dövlət büdcəsinə ödənilir.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya