FƏRQLİ YANAŞMA! Vergi Məcəlləsində ezamiyyə xərclərinin gəlirdən çıxılması fərqli olacaq? (16-ci yazı)
Hər zaman olduğu kimi, Mks.az saytı Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin izahını təqdim edir:
1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Mks.az saytı həmin dəyişikliklər haqqında həmkarlarımıza ətraflı məlumat verəcək.
Nazirlər Kabinetinin 27 yanvar 2021-ci il tarixli, 13 saylı qərarı ilə ezamiyyə xərcləri ilə bağlı müvafiq normativ aktda dəyişiklik edilmişdi. Həmin dəyişikliyə əsasən bundan sonra ölkə daxilində ezamiyyə dövründə mehmanxana xərcləri barədə təsdiqləyici sənədlər olmadığı hallarda da xərclərin 1 günlük normasının 80 faizi mehmanxana xərcləri kimi rəsmiləşdiriləcək. Qeyd edək ki, həmin dəyişikliyə qədər Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, xərclərin 1 günlük normasının 50 faizi ödənilirdi.
Vergi Məcəlləsində təklif edilən dəyişikliyə əsasən, ezamiyyə norması ilə bağlı gəlirdən çıxılan xərclərə fərqli yanaşma tətbiq ediləcək. Təklif edilən Vergi Məcəlləsinin 108.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.
Təklif edilən dəyişiklikdən göründüyü kimi, Nazirlər Kabinetinin 13 saylı qərarı tələbləri vergi qanunvericiliyinə əsasən, gəlirdən çıxılan xərclərə şamil olunmayacaq. Əgər ezam olunan şəxs mehmanxana xərci haqqında sənədi təqdim etməzsə, bu zaman mehmanxana xərci tam yox, 50 faizi miqdarında vergi uçotu baxımdan gəlirdən çıxılan xərclərə aid ediləcək.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyi də diqqətinizə çatdırırıq:
108.4. Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya