ARTIM! Hansı halda ödəmə mənbəyində verginin dərəcəsi 2,5 dəfə artırılacaq? (15-ci yazı)
Hər zaman olduğu kimi, Mks.az saytı Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin izahını təqdim edir:
1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Mks.az saytı həmin dəyişikliklər haqqında həmkarlarımıza ətraflı məlumat verəcək.
Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdən biri də ödəmə mənbəyində verginin tutulması ilə bağlıdır. Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 3.5.-ci maddəsində qeyd edilir ki, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:
- Kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
- Əlvan və qara metal qırıntılarının qəbulu;
- Utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
- Utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;
- xam dərinin tədarükü (alışı).
Yuxarıda qeyd edilən malların (kənd təsərrüfatı istehsalçısından alınan kənd təsərrüfatı məhsulu istisna olmaqla) alınması zamanı vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində 2 faiz vergi hesablanmalıdır.
Misal . “A” MMC vergi ödəyicisi olmayan fiziki şəxslərdən 40 000 manatlıq əlvan və qara metal qırıntılarını qəbul edirsə, o zaman həmin şəxslərdən ödəmə mənbəyində 800 manat (40 000 manat x 2 faiz) vergi tutaraq dövlət büdcəsinə ödəməlidir.
Vergi Məcəlləsində təklif edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə qeyd edilən faizin dərəcəsi 5 faizə qədər artırılması nəzərdə tutulur. Misalımza uyğun olaraq, təklif olunan dəyişiklik təsdiq olunduqdan sonra, vergi ödəyicisinin ödəmə mənbəyindən vergi məbləği 800 manat (40 000 manat x 2 faiz) yox, 2 000 manat .(4 000 manat x 5 faiz) təşkil edəcək.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyi də diqqətinizə çatdırırıq:
101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya