YENİ NÖV! Elektron qaimə-fakturanın sayının artırılması təklif edilir (6-ci yazı)
Hər zaman olduğu kimi, Mks.az saytı Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin izahını təqdim edir
1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Mks.az saytı həmin dəyişikliklər haqqında həmkarlarımıza ətraflı məlumat verəcək.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, elektron qaimə-fakturanın adların redaktə olunması ilə yanaşı, sayında da artım nəzərdə tutulub. Təklif edilən dəyişikliyə əsasən, malların saxlamaya verilməsi zamanı da elektron qaimə-faktura da təqdim ediləcək. Əlavə olunan iki növ elektron qaimə-fakturanın isə aşağıdakı adda olması nəzərdə tutulur:
- aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə;
- ixrac qeydi ilə satış barədə.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyi də diqqətinizə çatdırırıq:
71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir:
71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
71-1.5.2. malların qaytarılması barədə;
71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən verilən;
71-1.5.4. malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;
71-1.5.5. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) alıcısına (subagentə) təqdim edilən;
71-1.5.6. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) vəkalət verənə (komitentə) qaytarılması barədə;
71-1.5.7. malların emala, yaxud saxlamaya verilməsi barədə;
71-1.5.8. emal prosesi keçmiş, yaxud saxlamaya verilmiş malların qaytarılması barədə;
71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən;
71-1.5.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə;
71-1.5.11. ixrac qeydi ilə satış barədə.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya