İnqilabi dəyişiklik! Əmək haqqından güzəştləri öncəki tarixlərdə tətbiq etmək olacaq? (5-ci yazı)

İnqilabi dəyişiklik! Əmək haqqından güzəştləri öncəki tarixlərdə tətbiq etmək olacaq? (5-ci yazı)

Hər zaman olduğu kimi, Mks.az saytı Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin izahını təqdim edir:

1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Mks.az saytı həmin dəyişikliklər haqqında həmkarlarımıza ətraflı məlumat verəcək.

Vergi Məcəlləsində dəyişikliklərlə bağlı layihədə diqqətcəkən məqamlardan biri də, Əmək haqqından gəlir vergisi hesablanarkən güzəştlə bağlı sənədlərin təqdim olunması ilə bağlı yanaşmanın dəyişməsidir. Hal-hazırda qüvvədə olan Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, işçinin əmək haqqı güzəşti tətbiq etməsinə əsas verən status varsa, o zaman sənədləri gec təqdim etməsinə baxmayaraq, güzəştlərin tətbiq edilməsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanacaq.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyi də diqqətinizə çatdırırıq:
102.8. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər