ARTIM! Maliyyə sanksiyası məbləğinin İKİ DƏFƏ artırılması təklif edilir (4-cü yazı)

ARTIM! Maliyyə sanksiyası məbləğinin İKİ DƏFƏ artırılması təklif edilir (4-cü yazı)

Hər zaman olduğu kimi, Mks.az saytı Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin izahını təqdim edir:

1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Mks.az saytı həmin dəyişikliklər haqqında həmkarlarımıza ətraflı məlumat verəcək.

Vergi Məcəlləsində dəyişikliklərlə bağlı layihəyə əsasən, gəlirlərin və xərclərin uçotu aparılmamasına görə maliyyə sanksiyasının məbləği artırılır. Hal-hazırda qüvvədə olan Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən, Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmamasına görə alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Təklif olunan dəyişikliyə əsasən, maliyə sanksiyasının məbləği iki dəfə artırılacaq yəni 20 faiz miqdarında olması nəzərdə tutulur.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyi diqqətinizə çatdırırıq:
58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər