İşçiyə ödənilmiş ezamiyyə normasından artıq məbləğ gəlirdən çıxılır?

İşçiyə ödənilmiş ezamiyyə normasından artıq məbləğ gəlirdən çıxılır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Əvvəlki misalda respublika daxili ezamiyyə normalarının hesablanması hallarına aydınlıq gətirdik. Ancaq ezamiyyə xərcləri ilə bağlı bir hal var ki, o ayrıca izah olunmalıdır.

Mİsal. Vergi ödəyicisi qərar verir ki, işçi Bakı şəhərinə ezam olunsun, amma paytaxtda yemək qiymətlərinin yüksək olması səbəbindən işçiyə gündəlik xərc olaraq normada nəzərdə tutulan məbləğdən artıq - 30 manat ödənilsin. Bakı şəhərində gündəlik ezamiyyə norması 90 manat olduğu üçün, yemək xərci həmin məbləğin 20 faizi - 18 manatdır. Vergi ödəyicisinin qərarına əsasən, gündəlik xərc olaraq 30 manat hesablanacaq.

Fərz edək ki, ezamiyyə müddəti 5 gündür, bu zaman işçiyə əlavə ödənilən 60 manat ((30 manat – 18 manat) x 5 gün) onun gəliri hesab olunacaq və əmək haqqının üzərinə əlavə olunaraq gəlir vergisinə və sosial ayırmaya cəlb olunacaq. Həmin məbləğ heç bir halda gəlirdən çıxılan xərclərə aid edilə bilməz.

2-ci hala baxaq. Vergi ödəyicisi qərar verir ki, Gəncə şəhərinə ezam olunan işçiyə gündəlik xərc kimi 20 manat ödənilsin, amma bir şərtlə ki, yemək xərcini təsdiq edən sənədlər təqdim olunsun. Nazirlər Kabinetinin qərarına əsasən, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinin ezamiyyə norması 70 manat olduğundan, yemək xərci olaraq 14 manat (70 manat x 20 faiz) nəzərdə tutulub.

Vergi ödəyicisi bir günü 20 manatdan olmaqla, 3 günlük (60 manat) sənəd təqdim edir. Bu zaman ezamiyyə normasından artıq olan 18 manat ((20 manat – 14 manat) x 3 gün) işçinin gəliri hesab olunmur. Çünki işçi bu xərclə bağlı təsdiqedici sənədləri təqdim edib. O səbəbdən də, 18 manat gəlirdən çıxılan xərclərə aid edilməsə də, mənfəət hesabına ödənilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər