Vergi ödəyicisinin hesabında olan vəsait hansı halda dondurulur?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi Məcəlləsininin 65.2-ci maddəsinə əsasən, Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.
Maddədən göründüyü kimi, vergi orqanı tərəfindən iki tip icra sənədi göndərilir:
- Vergi ödəyicisinin hesabında olan vəsaitin dondurulması;
- dərhal icra sənədi.
Əgər vergi ödəyicisinin bank hesabındakı vəsait borc məbləğinin 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulubsa, o zaman vergi ödəyicisi qalıq vəsaitindən sərbəst şəkildə istifadə edə bilər.
Mİsal. Vergi orqanının vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisinə hesabladığı əlavə vergi məbləği 1000 manat, faiz məbləği isə 50 manat təşkil edib. Vergi orqanı tərəfindən dondurulacaq məbləğ 1102.50 manat ((1000 manat + 50 manat) x 105 faiz) manat təşkil edəcək. Vergi ödəyicisinin hesabında 2000 manat vəsait varsa, o zaman 897,50 manatlıq (2000 manat -1102.50 manat) vəsaitə sərbəst şəkildə, yəni Mülki Məcəlləninin 965-ci maddəsindəki növbəlilik gözlənilmədən sərəncam verə biləcək.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya