Hansı hallarda vergi orqanı bazar qiyməti tətbiq edə bilər?

Hansı hallarda vergi orqanı bazar qiyməti tətbiq edə bilər?

Satışı davam edən “Vergi uçotu:A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər:

1) Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda

Məsələn, vergi orqanının qərarına əsasən idxal zamanı malların dəyəri bazar qiymətlərinə əsasən müəyyən oluna bilər. Bu zaman ödənilən və büdcədən əvəzləşdirilən ƏDV məbləği də məhz həmin dəyərdən hesablanacaq.  Sonrakı mərhələdə, yəni respublika ərazisində satış zamanı hesablanmalı olan vergi məbləği də həmin gömrük dəyərindən aşağı olmayan dəyərdən hesablanır. Bu zaman, gömrük orqanı qanunvericilikdə nəzərdə tutulmuş metodla vergi orqanı isə mütəxəssis, ekspert dəvət etməklə vergiləri bazar qiymətlərini tətbiq etməklə hesablamaq hüquna malikdir.

2) Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə

Təsisçisi eyni olan hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edək ki, vergi məcəlləsinin 18-ci maddəsinə əsasən, aşağıdakılar qarşılıqlı surətdə asılı olan şəxslər sayılır:

  • Bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə;
  • Bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir;
  • Şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər;
  • Şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər;
  • Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri.

3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, Vergi Məcəlləsinin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə

Mİsal. “A” MMC mart ayının 10-da eyni tipli avandanlığı bir vergi ödəyicisinə bazar qiyməti olaraq 2000 manata, mart ayının 15-də isə digər vergi ödəyicisinə 40 faiz endirim etməklə 1200 manata təqdim edib. Bu  halda vergi orqanlarının “A” MMC-nin təqdim etdiyi 1200 manatlıq avandanlığa görə bazar qiymətini əsas götürməklə vergiləri 2 000 manatdan hesablamaq hüququ var.

4) Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda

Mİsal. “A” MMC 20 000 manat qalıq dəyərində olan əmlakı 30 000 manata sığortalayıb. İlin sonunda əmlak vergisinin hesablanması zamanı vergi orqanı vergitutma obyekti olan dəyəri 20 000 manat, 30 000 manat götürməli, yoxsa bazar qiymətinə əsasən hesablamalıdır?

Vergi Məcəlləsinin tələblərin uyğun olaraq, əmlakın qalıq dəyərindən artıq qiymətə sığortalanması zamanı əmlakın dəyəri bazar qiymətindən aşağı qiymətləndirilərək əmlak vergisi hesablandığı təqdirdə, vergi orqanı vergi tədbirləri zamanı əmlak vergisini bazar qiymətini nəzərə almaqla yenidən hesablamaq hüququndadır.

5) Daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda

Mİsal. Bəyannamədə Bakının Nizami küçəsində 200 kvadrat metrlik ərazi üçün aylıq icarə haqqı 200 manat göstərilib. Vergi orqanı bu zaman bazar qiymətini müəyyənləşdirmək hüququna malikdir.

Bir məsələni qeyd edək ki, malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər