Hansı hallarda səyyar vergi yoxlaması 7 ilə qədər dövrü əhatə edə bilər?

Hansı hallarda səyyar vergi yoxlaması 7 ilə qədər dövrü əhatə edə bilər?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

1 yanvar 2020-ci il tarixdən etibarən, Vergi Məcəlləsində yeni redaksiyada verilən 56.1-ci maddəyə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti, yəni 7 il) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

Göründüyü kimi Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları 3 ildən daha uzun, 7 il müddətinə qədər həyata keçirilə bilər.

Mİsal. Vergi orqanı 1 aprel 2019-ci il tarixdə vergi yoxlaması həyata keçirən zaman 2016, 2017 və 2018-ci il tarixləri üzrə Mənfəət vergisi bəyannaməsini yoxlaya bilərdi. 1 yanvar 2020-ci il tarixdən etibarən isə vergi orqanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddətini, yəni 7 illik periodu yoxlaya bilər.

Bundan əlavə, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yoxlamaların müddəti 3 illə tənzimlənmir. Həmin icbari ödənişlər üzrə yoxlamaların maksimum müddəti müəyyən edilməyib.

Bu da o deməkdur ki, 1 aprel 2020-ci il tarixdən başlayan vergi yoxlamalarında məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yoxlamaların aşağı müddəti 2017-ci illə məhdudlaşmır.

Həmçinin, vergi orqanı xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 3, yox 5 il üzrə hüquq pozuntusunu yoxlaya bilər.

Göründüyü kimi, 1 yanvar 2020-ci il tarixindən vergi orqanlarına daha uzun müddəti yoxlamaq səlahiyyəti verilib.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər