Elektron qaimə-faktura təqdim edildikdə, vaxt axımı necə tənzimlənir?
Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə
Cədvəldən göründüyü kimi, elektron qaimənin hər bir növü üzrə konkret təqdim edilmə vaxtı müəyyən edilib. İndi isə misallar üzərindən elektron qaimə-fakturanın təqdim edilmə müddəti üzrə tələbləri nəzərdən keçirək.
Mİsal. Vergi ödəyicisi əvvəlcədən sifariş olunmayan malların ekspeditor vasitəsilə 1 may 2020-ci il tarixdə təhvil verilməsini təsdiqləyən sənədləri təqdim edib.
Sual olunur ki, vergi ödəyicisi bu zaman ən geci hansı tarixə kimi elektron qaimə-fakturanı təqdim etməlidir. Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddətin axını onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır.
Maddənin tələblərinə əsasən, bizm misalımızda müddət axını malların təqdim edildiyi 1 may 2020-ci il tarixdən yox, bir gün sonra, 2 may 2020-ci il tarixdən başlamalıdır. Beləliklə, vergi ödəyicisi üçün elektron qaimə-fakturanın son təqdimetmə tarixi 6 may 2020-ci il tarixi hesab ediləcək. Vergi ödəyicisi 2, 3, 4, 5 və ya 6 may 2020-ci il tarixdə elektron qaimə-fakturanı təqdim etsə, Vergi Məcəlləsinin 71-1.1.-ci maddəsinin tələblərini pozmayacaq. Amma 7 may 2020-ci il tarixdə təqdim edərsə, artıq gecikmə sayılacaq.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya