Nağd əməliyyatlar hansı qərarla tənizmlənir?

Nağd əməliyyatlar hansı qərarla tənizmlənir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Nağd pul hesablaşmalarını stimullaşdırmaq məqsədilə 16 dekabr 2016-cı il tarixli  “Nağdsız hesablaşmalar haqqında” AR Qanununu qəbul olundu. Həmin qanunun tətbiqi nəticəsində nağd əməliyyatlara müəyyən məhdudiyyətlər tətbiq edildi. Amma nağd əməliyyatların necə aparılmasını tənzimləyən hər hansı sənəd qəbul edilmədi. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi ilə bağlı Prezident Fərmanında Nazirlər Kabinetinə tapşırılmışdı ki, üç ay müddətində vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydasını Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.  Təxminən 1 il 6 aylıq müddətdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli, 365 nömrəli Qərarı ilə “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası” təsdiq edildi.

Qeyd edək ki, Vergi Məcəlləsinin 98.2.7-ci maddəsinə əsasən,  işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının  (Azərbayran Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği fiziki şəxsin gəliri hesab edilir.  Qeyd edək ki, maddədə istinad edilən qayda - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli, 365 nömrəli Qərarı ilə təsdiq olunan “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası”dır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər