Vergi orqanı tərəfindən hansı müddət üzrə verginin hesablana bilər?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi orqanın tərəfindən hansı müddət üzrə verginin hesablanmasına gəlincə isə, Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ var.
Maddədə istinad edilən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin izahı müvafiq maddədə geniş şəkildə təqdim edilib. Ümumi olaraq bildirmək istəyirik ki, vergi orqanı hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malikdir.
Mİsal 1. Vergi orqanı 2020-ci ilin iyun ayında keçirdiyi vergi yoxlaması zamanı vergi ödəyicisinin 2017, 2018 və 2019-cu illər üzrə mənfət (gəlir) vergisi bəyannamələrini yoxlamaq hüququna malikdir.
Mİsal 2. Vergi orqanına vergi ödəyicisinin xaricdə əldə olunan gəlirləri üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları 5 illik dövrü əhatə edə bilər.
Mİsal 3. Vergi orqanı yoxlama həyata keçirdiyi vergi ödəyicisində cinayət məsuliyyəti halı aşkar edərsə, bu halda vergi yoxlamalarının müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edə bilər.
Kameral vergi yoxlaması zamanı müddətin müəyyən edilməsi maraqlı məsələlərdəndir. Bəzi vergi mütəxəssisləri hesab edirlər ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir.
Amma vergi orqanı vergi ödəyicisinin son 3 ili üzrə kameral vergi yoxlamasını həyata keçirə bilər. Sadəcə 30 iş günündən sonra keçirilən kameral vergi yoxlaması nəticəsində vergi ödəyicisinə bildiriş göndərmək hüququna malikdir, amma bildirişə uyğun məlumatlar təqdim edilməzsə, həmin vergi ödəyicisinə əlavə vergi hesablaya bilməz.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya