Hansı aktivlər vergi qanunvericiliyində mal kimi qəbul edilir?
Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə
13.2.8. Mal
Vergi Məcəlləsin 13.2.8-ci maddəsinə əsasən, mal dedikdə, hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su başa düşülür.
Maddədən göründüyü kimi, mal anlayışına təkcə maddi deyil, qeyri-maddi əmlak (aktiv) da aiddir. Maddə elektrik və qaz kimi enerji daşıyıcılarını da əhatə edir. Deməli, “Azərişıq” və “Azəriqaz” xidmət yox, mal təqdim edir.
Qeyd edək ki, maddənin digər tələbinə əsasən, əlavə dəyər vergisinin məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.
Həmin hissəni misallarla izah edək.
Mİsal 1. ƏDV ödəyicisi olan valyutadəyişmə məntəqəsinin həyata keçirdiyi proses pul vəsaitləri ilə bağlı olsa da, həmin mal ƏDV-yə cəlb edilmir.
Mİsal 2. ƏDV ödəyicisi olan hüquqi şəxs 2 ha-lıq torpaq sahəsini 100 000 manata satışa çıxarır. Torpağın satılması zamanı da malın üzərinə ƏDV hesablanmır, çünki vergi qanunvericiliyinə əsasən, torpaq əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün mal sayılmır.
Mİsal 3. Sadələşdirilmiş vergi ödəyicisi torpaq sahəsini 300 000 manata satırsa, o zaman dövriyyə 200 000 manatı keçməsinə baxmayaraq, ƏDV ödəyicisi olmaq üçün məcburi qeydiyyat yaranmır. Çünki torpaq əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün mal sayılmır.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya