“Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış təqdim edilməməsinə görə maliyyə sanksiyası
Satışı davam edən “Vergi Məcəlləsi. Ümümi hissənin izahı” kitabından seçmə
Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Maddədə vergi hesabatı dedikdə, Vergi Məcəlləsinə müvafiq olaraq təqdim edilən vergi bəyannaməsi nəzərdə tutulur. Arayış dedikdə isə, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq təqdim edilməli sənəd nəzərdə tutulur.
…
Mİsal 3. Mənfəət (gəlir) vergisi ödəyicisi olanlar, Vergi Məcəlləsinin 151-ci maddəsinə uyğun hər rübdən sonrakı ayın 15-ə qədər “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış təqdim etməlidirlər. Hesab edək ki, vergi ödəyicisi 15 aprel 2020-ci il tarixinə qədər həmin arayışı təqdim etmir. Vergi orqanı vergi ödəyicisinə “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışı təqdim etməməsinə görə maliyyə sanksiyası tətbiq etməyəcək. Çünki Vergi Məcəlləsinin 57.1-ci maddəsində qeyd edilən arayışın təqdim olunmamasına görə maliyyə sanksiyası nəzərdə tutulmayıb.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya