Topdansatış fəaliyyətində malların itməsi və ya başqa səbəbdən silinməsi necə rəsmiləşdirilməlidir?

Topdansatış fəaliyyətində malların itməsi və ya başqa səbəbdən silinməsi necə rəsmiləşdirilməlidir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

İdxal mallarının və təhtəlhesab şəxsin aldığı malların anbara təhvil verilməsi, habelə topdansatış ticarət fəaliyyətində malların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması zamanı “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” hazırlanmalıdır. 2 nüsxədə olan aktı vergi ödəyicisi (və ya onun səlahiyyətli nümayəndəsi), məsul şəxs və malları anbara təhvil verən şəxs imzalamalıdırlar.

Qaydalarda malların itməsi, əskik gəlməsi, xarab və ya zay olması fövqəladə hallar nəticəsində baş verdikdə, sənədləşmənin başqa cür hazırlanması tələb olunur. Bu zaman aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında rəsmiləşdirmə aparılır. “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” tərtib olunur və arayış vasitəsilə həmin mallar məsul şəxslərin hesabından silinir.

Sual oluna bilər ki, niyə fövqəladə hallarda malların itməsi, əksik gəlməsi, xarab və ya zay olması halı xüsusi olaraq fərqləndirilir. Çünki Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Mİsal. Sel daşqını nəticəsində istehsal müəssisəsinin malları xarab olub. Xarab olan malların dəyəri 2 000 manatdır və alınması zamanı 360 manat ƏDV ödənilib. Əgər mal oğurlansaydı, bu zaman həmin mallar təqdim olunmuş sayılır, 2 000 manat gəlir və 360 manat ƏDV öhdəliyi yaranır. Amma sel daşqını fövqəladə halla bağlı olduğu üçün vergi ödəyicisi müvafiq dövlət orqanlarından arayış alır və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt”la malları silir. Bu cür silinmə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər