Anar Bayramovun təqdimatında: Alıcılar ilə nağd pul hesablaşmaları

Anar Bayramovun təqdimatında: Alıcılar ilə nağd pul hesablaşmaları

 Vergi ödəyicisinin əsas vəzifələrindən biri əhali ilə pul hesablaşmaları aparan zaman müştəridən əldə etdiyi pul vəsaitlərinə görə müştəriyə çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etməkdir. Əks halda vergi ödəyicilərini hansı məsuliyyət tədbirləri gözləyir? Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əgər vergi ödəyicisi alıcıdan aldığı pul vəsaitinə görə alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blankı təqdim etməzsə, o zaman vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada qrafikə uyğun olaraq Nazirlər Kabineti 01 avqust 2019-cu il tarixli 338 saylı Qərarına əsasən, meyarlara cavab verən və Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidir. Əks təqdirdə yuxarıda qeyd edildiyi kimi vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edilir. Bəzən təcrübədə olur ki, vergi ödəyicisi əhali ilə pul hesablaşmaları apardığı zaman hələ də köhnə nəsil nəzarət-kassa aparatlarından istifadə edir. Baxmayaraq ki, vergi ödəyicisi alıcıdan aldığı pul vəsaitlərini kassa aparatından qeydiyyatdan keçirir və alıcıya kassa çeki təqdim edir, lakin bu kassa aparatı meyarlara cavab vermədiyi üçün bu qanun pozuntusu sayılır və vergi orqanının əməkdaşları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu hal aşkar edilsə, o zaman vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq ediləcəkdir.
Nəzərə almaq lazımdır ki, qəzet və jurnalların satışı (əgər satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çoxdursa), kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti, qiymətli kağızların və lotereya biletlərinin satışı, elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti zamanı vergi ödəyicisi yeni nəsil kassa aparatlarından istifadə etməyə bilər. Həmin şəxslər əhali ilə nağd pul hesablaşmalarını qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankı vasitəsilə həyata keçirməlidirlər. Burada digər nəzərə alınmalı məqam ondan ibarətdir ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, ancaq pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər əhali ilə nağd pul hesablaşmalarını həyata keçirmək məqsədilə mütləq nəzarət kassa aparatlarından istifadə etməlidir. Digər fəaliyyət sahələri üzrə fəaliyyət göstərən şəxslərin nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə də bilərlər. Misal olaraq əhaliyə hüquqi xidmət göstərən vergi ödəyicisi əhaliyə göstərdiyi xidmətə görə müştəri ilə nağd pul hesablaşmalarını nəzarət kassa aparatının vasitəsilə ilə həyata keçirmək məcburiyyətində deyildir. Həmin şəxslərin Vergi Məcəlləsinin 15.1.15-ci maddəsinə əsasən hüququ vardır ki, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirsinlər. Əks təqdirdə Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən, müştəriyə mütləq qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankı təqdim etməlidir.

Mənbə: Vergiler.az

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər