Hansı hallarda maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi Məcəlləsinin 53.6-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir.
Mİsal. Vergi orqanı operativ vergi nəzarəti tədbirləri çərçivəsində qaydalara uyğun olaraq həm elektron qaimə-faktura, həm də elektron alış aktı olmayan malları aşkar edib. Bu halda vergi orqanı hər pozuntuya münasibətdə ayrıca maliyyə sanksiyası tətbiq edəcək.
Vergi Məcəlləsinin 53.6-cı maddəsinin ikinci cümləsinə əsasən, vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulan hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir.
Mİsal. Operativ vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisinin alıcıya NKA çeki verməməsi, həmçinin quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması müəyyən edilib. Bu halda vergi orqanı Vergi Məcəlləsinin 58.7-ci maddəsi üzrə nəzərdə tutulan maliyyə sanksiyasını hər iki hal üçün 2 dəfə yox, bir dəfə tətbiq edəcək.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya