Emin Salamovun təqdimatında: Vergi ödəyicisi olmayan fiziki şəxslərin öhdəlikləri

Emin Salamovun təqdimatında: Vergi ödəyicisi olmayan fiziki şəxslərin öhdəlikləri

Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir.

Mühasibat mütəxəssisi Emin Salamov vergi ödəyicisi olmayan fiziki şəxslərdən alınan malların, iş və xidmətlərin rəsmiləşdirilməsi məsələlərini belə izah edib:

Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən, iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məcəllənin 71-2.1-ci maddəsində isə göstərilib ki, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Elektron alış aktında vergi ödəyicisi olmayan qarşı tərəfin şəxsiyyət vəsiqəsində qeyd edilən FİN, adı, soyadı, atasının adı, telefon nömrəsi, alınan malın kodu, adı, miqdarı, məbləği və s. məlumatlar qeyd edilir. Elektron alış aktını e-taxes.gov.az saytına daxil olduqdan sonra e-qaimə bölməsində yeni akt hissəsində online təqdim olunan aktlar və kağız daşıyıcısında təqdim olunan aktlar bölməsində asanlıqla yaratmaq mümkündür.

Həmçinin, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Qanunun 3.5.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı mallarının nağd qaydada alınmasına icazə verilir.

Eyni zamanda Vergi Məcəlləsinin 150.1.14-cü maddəsində göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa və tutulmuş vergi üzrə hesabatı təqdim etməyə borcludurlar.

Sual: “BB” MMC satmaq məqsədilə vergi ödəyicisi olmayan fiziki şəxsdən (yəni bazardan) 500 manat dəyərində kənd təsərrüfatı məhsulları alır. Bu halda istər “BB” MMC-nin, istərsə də vergi ödəyicisi olmayan şəxsin hansı öhdəlikləri yaranır?

Yuxarıda qeyd edilənləri əsas tutaraq MMC aldığı mallara uyğun olaraq elektron alış aktı tərtib etməli, tərtib olunmuş elektron alış aktına uyğun olaraq fiziki şəxsə ödənilən vəsaitdən 2 faiz dərəcə ilə vergini tutmalı və tutulmuş məbləğə uyğun olaraq hesabatı təqdim etməlidir.

Vergi ödəyicisi olmayan fiziki şəxsdən isə malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Tural 01 Oktyabr 2021

    Salam, zəhmət olmasa "Vergi ödəyicisi olmayan fiziki şəxslərin öhdəlikləri" mövzusu ilə əlaqədar sual bölməsində qeyd edilən məsələ üzrə Vergi Məcəlləsinin hansı maddəsinə istinad edildiyini mənə bildirərdiniz. Qeyd etmək istərdim ki, V.M maddə 101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Bu maddədə qeyd olunan "bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla" ifadəsi kənd təsərrüfatı mallarına şamil edilmir? Kənd təsərrüfatı mallarının satışının vergidən azad olduğunu nəzərə alaraq bu sualıma cavab verməyinizi sizdən xahiş edirəm.

Şərh yazın

Xəbərlər