Altay Cəfərovun təqdimatında: Ləğv olunan elektron qaimə-fakturaların bəyannamədə əks olunması

Altay Cəfərovun təqdimatında: Ləğv olunan elektron qaimə-fakturaların bəyannamədə əks olunması

Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də əvvəlki illərdə təqdim edilmiş mallara, işlərə və xidmətlərə görə verilmiş elektron qaimə fakturaların ləğv edilməsi və ya tam və ya qismən geri qaytarıması əməliyyatlarında ƏDV-nin, mənfəət vergisinin tənzimlənməsi məsələləridir. Mövzuya sərbəst auditor Altay Cəfərov misallar üzərindən aydınlıq gətirib.

Sual: “AA” MMC 2020-ci ildə 10.000 manat əsas məbləğ, 18%-lik ƏDV məbləği (1800 manat) əlavə edilməklə cəmi 11800 manat olan malları satıb. Cəmiyyət mənfəət vergisi bəyannaməsini kassa metodu ilə təqdim edir. 2021-ci il olmasına baxmayaraq qarşı tərəf debitor borcunu hələ də ödəməyib. Tərəflər 2021-ci ilin sentyabrında 2020-ci ildə göndərilən 11.800,00 manatlıq elektron qaimə-fakturanın ləğv edilməsini razılaşdırıblar.
Bəs əməliyyatın ləğv edilməsi prosesini necə rəsmiləşdirmək daha doğru olardı?
Cavab: Bildiyiniz kimi, ƏDV məqsədləri üçün bu tipli əməliyyatlar Vergi Məcəlləsinin 163-cü maddəsi ilə tənzimlənir. Bundan əlavə, ləğv edilmiş əməliyyatların vergitutma baxımından rəsmiləşdirilməsini iki formada sənədləşdirmək olar.Ya ilkin göndərilmiş elektron qaimə-faktura qarşılıqlı olaraq ləğv edilməlidir, ya da qarşı tərəf malların tam geri qaytarılması qaiməsini “AA” MMC-yə göndərməlidir, şirkət bunu təsdiqləməlidir. Nəticə etibarilə hər iki əməliyyatın sonu kimi mallar “AA” MMC-nin anbarına qaytarılmış kimi olacaq.
Belə ki, 2020-ci ildə verilmiş e-qaimə ləğv edildiyindən malların təqdim edilmədiyi kimi formalaşdığına görə mallar anbarda qalacaqdır. Bu halda MMC ləğv edilmiş e-qaimə əsasında da yenidən malları anbara mədaxil edə bilər, amma vergi orqanlarının sistemində bu görünmür. Həmçinin, bu ləğvetmə vergi ödəyicisi üçün müxtəlif kameral yoxlamalara və müəyyən problemlərin yaşanmasına gətirib çıxaran addım olacaqdır. Yəni, kamerallar üzrə uyğunsuzluqların aradan qaldırılmasında çətinliklərlə üzləşə bilər. Odur ki, malların tam geri qaytarılması qaiməsi ilə əməliyyatın rasmiləşdirilməsi daha doğrudur.
Sual: Bu əməliyyat ƏDV bəyannaməsində necə əks olunacaq?
Cavab: Bu əməliyyat artıq 2020-ci ilin ƏDV bəyannaməsində təqdim edilən dövriyyə kimi əks olunub və debitor borclarında qalıq kimi yazılıb. Çünki hələ vəsait daxil olmamışdır.
Artıq 2021-ci ilin sentyabrında əməliyyat ləğv edildiyinə və ya mallar geri qaytarıldığına görə 163-cü maddəyə görə dəqiqləşdirilən əməliyyatlar sayılır və sentyabr 2021-ci ilin ƏDV bəyannaməsinin 319.1.-ci sətrində təqdim edilmiş dövriyyənin azalması hisssəsində 10 000 manat yazılmalıdır. Həmin sətrin ödənilmiş məbləğ hissəsində bu məbləği yazmaq lazım deyil. Çünki bu məbləğ əvvəllər ödənilməyıb. Burada ancaq debitor borclarını korrektə etmək üçün yazılır.
Sual: Bəs bu əməliyyatlar mənfəət vergisi bəyannaməsində necə əks olunmalıdır?
Cavab: Misalımızda“AA” MMC kassa metodu ilə mənfəət vergisi bəyannaməsini təqdim etdiyindən 2020-ci ilin bəyannaməsində 10 000 manat gəlir kimi yazılmayacaq. Bu ancaq əlavə 1-də debitor borcu kimi yazıldığından, 2021-ci ilin mənfəət vergisi bəyannaməsində ancaq debitor borcunun azalması kimi yazılacaq. Dövriyyəyə heç bir təsiri olmayacaq.
Sual: Əgər “AA” MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini hesablama metodu ilə təqdim etsə onda nəticələr necə olacaqdır?
Cavab: Belə olan halda 2020-ci ilin mənfəət vergisi bəyannaməsində bir dəfə 10000 manat gəlir kimi yazılıb. Sentyabr 2021-ci ildə əməliyyat ləğv edildiyinə görə ƏDV bəyannaməsində belə dəqiqləşmələr aparıla bilir, amma mənfəət vergisi bəyannaməsində belə bir dəqiqləşmələr yoxdur.Əgər əməliyyat elektron qaimə-fakturanın ləğv edilməsi ilə rəsmiləşdirilərsə, sistem EQF təqdim edilmə tarixində ümumiyyətlə əməliyyat baş tutmaması kimi qiymətləndirir və belə olan halda MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini 10 000manat və buna müvafiq olaraq malların maya dəyərini azaldaraq təqdim etməlidir.
Həmçinin, belə olan halda da illik ƏDV bəyannaməsi dövriyyələri ilə mənfəət vergisi bəyannaməsində olan dövriyyələrdə fərqlər olacaq və kameral uyğunsuzluqlar daxil olacaq. Normal açıqlamalar və ƏDV bəyannamələrini yenidən dəqiqləşdirilmiş təqdim edilməklə bunu aradan qaldırmaq olar.
Yaxşı olardı ki, belə hallarda əvvəldən qeyd etdiyimiz kimi,malların tam geri qaytarılması qaiməsi ilə rəsmiləşdirilsin ki, bu qaimə ilə mallar yenidən anbara 10 000 manat ilə mədaxil edilsin və nə 2020-ci ilin mənfəət vergisi bəyannaməsinin, nə də 2020-ci ilə aid olan ƏDV bəyannamələrinin dəqiqləşdirilmiş təqdim edilməsinə ehtiyac qalmasın.
Sual: Bəs işlər və xidmətlər üzrə əməliyyatlar ləğv edildikdə necə olmalıdır?
Cavab: Bildiyimiz kimi,malların geri qaytarılması qaiməsində işlər, xidmətlərin geri qaytarılmasının mümkünlüyünə baxmayaraq, normalda işlər və xidmətlərdə geri qaytarma kimi qaimələrin rəsmiləşdirilməsi demək olar ki, həyata keçirilmir. Həmçinin, belə bir rəsmiləşdirmə nə praktiki, nə məntiqi və nə də faktiki deyil. Odur ki, işlərə və xidmətlərə görə əməliyyatların ləğv edilməsi olarsa, bu zaman təqdim edilən elektron qaimə-fakturalar ləğv edilsə, daha düzgün olardı. Belə olan halda da ƏDV məqsədləri üçün yuxarıdakı kimi dəqiqləşmələr aparılmalıdır. Amma hesablama metodunda mənfəət vergisi məqsədləri üçün ancaq 2020-ci ilin mənfəət vergisi yenidən dəqiqləşdirilmiş təqdim edilməlidir.
Odur ki, vergi ödəyiciləri bu məsələlərdə diqqətli olmalıdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər