Vergi orqanı hansı vergilərin ödənilməsi cavabdeh hesab edilmir?

Vergi orqanı hansı vergilərin ödənilməsi cavabdeh hesab edilmir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Öncəki səhifələrdə qeyd etdiyimiz kimi, vergi orqanları bütün vergilərin ödənilməsinə cavabdeh deyil. Vergi Məcəlləsinin 20.4-cü maddəsinə əsasən, vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər.

 Vergi Məcəlləsinin 8-ci maddəsində yerli vergilərə Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi daxildir. Həmin vergilərin tam və vaxtında ödənilməzinə nəzarəti bələdiyyə orqanları həyata keçirir.

Gömrük Komitəsinə gəlincə isə, Vergi Məcəlləsinin  20.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirir. 

O səbəbdən də, dövlət gömrük orqanları onlara həvalə edilmiş yol vergisi, ƏDV və aksiz vergilərinin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. Həmçinin Məcəllənin 20.6-cı maddəsinə əsasən, bu Məcəllənin 20.5-ci maddəsində göstərilən orqanlar öz səlahiyyətləri daxilində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, digər qanunlara və onlara uyğun qəbul edilmiş qanunvericilik aktlarına əsasən fəaliyyət göstərirlər.

Təbii ki, əlavə dəyər vergisinin dərəcəsinin müəyyənləşdirilməsi Vergi Məcəlləsi ilə müəyyən edilsə də, vergitutma obyektinin müəyyən edilməsində gömrük qanunvericiliyinin tələblərindən istifadə olunur.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər