Vahid bəyannamədə işçinin işləməməsi ilə bağlı digər səbəblər necə qeyd edilir?

Vahid bəyannamədə işçinin işləməməsi ilə bağlı digər səbəblər necə qeyd edilir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

İndi isə işçinin məzuniyyət istisna olmaqla digər səbəblərdən işləmədiyi halları misallarla izah edək. Qeyd edək ki, vahid hesabatda dövlət qurumları üçün bu bölmə aktiv edilməyib. Vahid bəyannamədə işçinin işləmədiyi iş günlərinin səbəbi kimi bir neçə hazır variantdan seçim etmək tələb kimi qoyulub. Səbəblərə keçmədən öncə bildirmək istəyirik ki, işçinin işləmədiyi günlər dedikdə, təqvim yox, İŞ günləri əsas götürülür. Yəni, işçi 15 günlük ödənişli və ya ödənişsiz məzuniyyətdə olubsa, o zaman müvafiq əlavədə 15 günə təsadüf edən iş günlərinin sayı qeyd olunmalıdır.

1) İşçinin ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə məzuniyyətdən istifadə etməsi

Bu səbəblə bağlı öncəki səhifələrdə geniş məlumat vermişik. İşçi ödənişli əsas və əlavə məzuniyyət hüququndan istifadə etdikdə qeyd edilir.

2) İşçinin sosial məzuniyyətdən istifadə etməsi

Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən, işçinin sosial məzuniyyət hüququndan istifadə etmək hüququ var. Məcəllənin 125-ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Mİsal. İşəgötürənin əmrinə əsasən, işçi 1 fevral 2020-ci il tarixində 126 günlük, 7 may 2020-ci il tarixinə kimi analıq məzuniyyətinə göndərilir. Deməli, işəgötürən 1-cü rüb üzrə hesabatda fevral və mart ayları üçün işçinin işlədiyi günləri sıfır olaraq göstərməlidir. Bundan əlavə, 2-ci rübün hesabatında aprel ayında işlədiyi günləri  sıfır kimi qeyd etməlidir. May ayı üzrə işlədiyi günlərin sayı 20 yox, 16 gün (mayda 20 iş günü – 4 işləmədiyi gün) kimi qeyd olunmalıdır.

Vergi ödəyicisi vahid bəyannamənın müvafiq əlavəsində də işçini qeyd etməklə işləmədiyi günlərinin sayı və səbəbini göstərməlidir.

İkinci səbəbə uyğun olan digər hal işçinin qismən ödənişli sosial məzuniyyətdən istifadə etməsidir. Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.

Mİsal. İşçi 1 aprel 2020-ci il tarixdən 1 il müddətində qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edəcək. Bu zaman vergi ödəyicisinin 2020-ci ilin II, III və IV rübləri, həmçinin 2021-ci ilin I rübü üzrə təqdim etdiyi vahid bəyannamədə qismən ödənişli sosial məzuniyyətdə olan işçi faktiki siyahıda nəzərə alınır. Yəni, bəyannamənin “İşçilər (sığortaolunanlar) üzrə ümumi məlumat. Muzdlu işə aid olan fəaliyyətlər üzrə” bölməsində işçi seçməklə qismən ödənişli sosial məzuniyyətdə olduğu dövrlər üzrə faktiki iş günləri və hesablanmış əmək haqları “0” olaraq qeyd edilməlidir.

Həmçinin, bəyannamənin müvafiq “İşçinin işləmədiyi iş günləri haqqında məlumat” əlavəsində işçi daxil edilməklə cari aylar üzrə müəssisənin istifadə iş rejiminə (beş və ya altıgünlük və s.) uyğun olaraq işləmədiyi iş günlərinin sayı qeyd olunmalıdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər