Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallarda hansı elektron qaimə-fakturadan istifadə olunacaq?

Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallarda hansı elektron qaimə-fakturadan istifadə olunacaq?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 163-cü maddəsi aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir, başqa sözlə desək, vergi tutulan dövriyyə dəqiqləşdirilir:

- Əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;

- Əməliyyatın xarakteri dəyişdikdə;       

- Qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə;

- Vergi ödəyicisi elektron vergi hesab-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.

Birinci halda, yəni malların tam və ya qismən qaytarıldığı variantda malların qaytarılması barədə elektron qaimə-fakturadan istifadə edilir. Digər hallarda isə fərqli elektron qaimə-fakturadan istifadəyə ehtiyac yaranır.

Mİsal. Vergi ödəyicisi 15 yanvar 2020-ci il tarixdə hər biri 200 manat olan 50 ədəd yol nişanını qarşı tərəfə təqdim edib. 15 fevral 2020-ci il tarixdə hər iki vergi ödəyicisi razılaşır ki, malların qiymətində düzəliş edilsin və yol nişanlarının birinin qiyməti 200 yox, 150 manatdan hesablansın. Bu zaman artıq Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən hazırlanan elektron qaimə-faktura göndərilməlidir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər