Vergi bəyannaməsi ilə bağlı maliyyə sanksiyasının izahı (3 MİSAL)

Vergi bəyannaməsi ilə bağlı maliyyə sanksiyasının izahı (3 MİSAL)

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Maraqlı məqamlardan biri də, vergi ödəyicisinin eyni hesabat dövründə iki növ bəyannamə təqdim etmədiyi halda maliyyə sanksiyasının 40 manat, yoxsa 80 manat tətbiq olması ilə bağlıdır.

Mİsal 6. Vergi ödəyicisi 2020-ci ilin 3-cü rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” və Sadələşdrilmiş vergi bəyannaməsini təqdim etməyib. Bu halda vergi ödəyicisinə hər bəyannamə növü üzrə ayrıca maliyyə sanksiyası hesablanacaq. Vergi orqanı Vergi Məcəlləsinin 57.1-ci maddəsinə görə, vergi ödəyicisinə 80 manat (40 manat x 2) maliyyə sanksiyası tətbiq edəcək.

Digər maraqlı məsələ isə dəqiqləşdirilmiş bəyannaməni təqdim etməməyə görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilib-edilməməsidir.

Mİsal 7. Vergi ödəycisi 2020-ci ilin 3-cü rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” təqdim edib. Vergi orqanı kameral yoxlama zamanı cari bəyannamədə qeyd edilən əmək haqqı gəlirlərinin elektron informasiya sistemindəki məbləğdən aşağı olmasını müəyyən edərək vergi ödəyicisindən dəqiqləşdirilmiş bəyannamə təqdim olunmasını tələb edib. Vergi ödəyicisi dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyi halda, ona Vergi Məcəlləsinin 57.1-ci maddəsində nəzərdə tutulan 40 manat məbləğində maliyyə sanksiyası hesablanmayacaq.

Mİsal 8.  Mənfəət (gəlir) vergisi ödəyicisi 15 oktyabr 2020-ci il tarixdə fəaliyyətini müvəqqəti dayandırıb. Vergi qanunvericiliyinə əsasən, mənfəət (gəlir) vergisi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisinin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu halda vergi ödəyicisinə hesabatı 15 noyabr 2020-ci il tarixdən gec təqdim edilməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyası tətbiq ediləcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər